9 aylıq uşağın inkişafı

9 aylıq inkişaf dövrü – bir çox körpələr üçün iməkləmədən, ayaq üstə durmağa, gəzməyə çalışma dövrü hesab olunur. Bəzi körpələr isə iməkləmədən də gəzə bilir. Bu da normal hal hesab olunur.

— 9 aylıq körpənin təxmini çəkisi 9,5 – 10 kq, boyu 70 – 73 sm olmalıdır.
— Dəstək olmadan uzun müddət otura bilir.
— İməkləyə bilir.
— Dəstəyə söykənərək, ayaq üstə durur və bir müddət müstəqil dayana bilir.
— Böyüklərin əllərindən tutarkən, gəzməyə çalışır.
— Yavaş-yavaş əşyalar arasındakı əlaqəni başa düşür. Kiçik predmeti böyük predmetin üzərinə qoyaraq, kiçik ev inşa edə bilir.
— Otaqda bir müddət sərbəst oynaya bilir, lakin bəzən gözünə görünmək lazımdır.
Davamı →

Birinci ayda körpənin inkişafı

Həyatının ilk ayı ərzində körpə mövcudluğunu yeni şəraitə öyrəşdirməli, həyatın yeni qaydalarına uyğunlaşmalıdır. Bu ay ərzində o hiss etmədən çox şey öyrənmiş və artıq çox şey bacarmış olur.

Yeni doğulmuş körpələrin özəllikləri:
— Yeni doğulmuş körpənin çəkisi ümumilikdə 2,5 – 4,5 kq arasında dəyişir. Aylıq minimum 500-600 qr kilo almaları normaldır.

— 1 aylıq körpələr gündə orta hesabla 16-19 saat arası yatarlar ancaq oyaq qaldıqları müddət zamanla artar.

— Əgər hər hansı bir problem yoxsa uşağınızı ilk ay mütləq ana südü ilə bəsləməlisiniz. Hər ananın südü öz körpə üçün əvəzsiz olaraq formula edilmişdir. Bu üzdən hər körpə ilk 6 aylıq dövrdə ana südü bütün qidalanma ehtiyacını ödəyir.
Davamı →

2 aylıq körpənin inkişafı

İki ayında olan körpə artıq bütün sahələrdə elə irəliləyiş nümayiş etdirir ki, buna təəccüblənməmək mümkün deyil.

İki aylıq körpənin özəllikləri:
— İki aylıq körpələrin aylıq minimum 600 gr kilo almalıdır. Onun boyu 3 sm uzanır.

— İki aylıq körpə ortalama 15-17 saat arası yatır. Bunun 9-10 saatı gece yuxusudur. Gündüz yuxusu bir az azalır.

— Əgər hər hansı bir problem yoxsa körpənizi ana südü ilə bəsləməyə davam etməlisiniz və körpə hər istədiyində əmzdirilməlidir. Tez-tez emizdirmək südün artmasında ən böyük faktordur.
Davamı →

3 aylıq körpənin inkişafı

3 aylıq körpə, yeni doğulan körpə ilə müqayisədə, daha fəal və çevik olur. Körpənin nəzərə çarpacaq dərəcədə, ətrafda baş verənlərə reaksiyası dəyişir. Şəxsi davranış xüsusiyyətləri yaranır. İnkişafı düzgün qiymətləndirmək üçün, 3 aylıq körpənin nələrin bacarmalı olduğunu bilmək lazımdır.

3 aylıq körpənin özəllikləri:
— 2 aydan 3 aya qədər körpə orta hesabla boyda 3 sm, çəkidə 600-800 qr artırır.

— Gün ərzində 3 dəfə yatır. Ümumilikdə yuxu saatı 15 – 17 saat arası təşkil edir. Sağlam körpə gecə oyanmadan ( və ya 1 dəfə yemək üçün oyanır) yatır. Narahat yuxu, daimi ağlamaq, şıltaqlıq ən müxtəlif xəstəliklərə görə müşahidə edilir.

Səbəb: virus infeksiyası, nevroloji pozuntular, davamlı sancılar, yemək uyğunsuzluğu və ya azlığı səbəb ola bilər. Bəzi uşaqlar havanın küləkli olmasına, pisləşməsinə həssas olur. Bu da onların əhvalına təsir edir.
Davamı →

Uşağı ayağından öpməyin!


Körpələrin həssas dərisinə zərər verməməkdən ötrü çox adam öpmək üçün uşağın ayaqlarını seçir. Lakin körpələrin ayaqlarından öpmək onlar üçün təhlükəli ola bilər.

— Uşaqların ayaqlarından öpmək olmaz. Çünki ayaqları öpülən uşaq hiss etdiyi “anormal” dəyərlilik hissi ilə qısqanclığa meyl edər. Belə uşaq valideynlərinin bacı-qardaşlarını da çox istəməsindən narahat olur. Marağı itirmə qorxusu anormal dərəcədə sevilən uşaqlarda tez-tez rast gəlinir.
Davamı →

Əmgəklər

Cavan valideynlər bəzən narahat olurlar ki, uşağın əmgəyini zədələyə bilərlər. Narahat olmağa dəyməz. Əmgək elastik və çox qalın toxuma qatı, üzərində isə dəri qatı ilə örtülmüşdür.

Uşağa adi baxım zamanı (saçların daranması, saçların yuyulması və s.) əmgəyi zədələmək, praktik olaraq, mümkün deyil.

Böyük əmgəyin ölçüsü uşaqlarda müxtəlif ola bilər (orta hesabla 2,2 sm-dən 3,5 sm-dək).

Uşağın başında saç az olduqda əmgəyin altında nəbz vurmasını görmək olur. Bu, tam normal haldır.

Əgər uşağın əmgəyi gərgin və qabarıqdırsa, və ya əmgəyin qıraqları artıq dərəcədə yumşaq və elastikdirsə, uşağı həkimə göstərin — bu, hər hansı bir xəstəliyin əlaməti ola bilər.
Ardı →

Uşağın çimməsi və tərbiyə

Südəmər uşaq ilk günlər çimməyi xoşlamırlar. O, həmçinin paltarının, döşəkağısının dəyişdirilməsini, böyrü üstə çevrilməsini, ələ götürülməsini və ya çarpayıya qoyulmasını da xoşlamır. Uşaq özünün narazılığını ağlamaq və qışqırmaqla bildirir, əzələlərini gərib müqavimət göstərir.
Uşaq müvazinətinin pozulmasına daha həssasdır və anası onu çarpayıdan götürüb vannaya qoyduqda əzələlərini gərib reaksiya göstərir. Uşaq yumruğunu bərk sıxıb başının yanında saxlayır, yaxud anasının əlindən yapışır.
Davamı →

Çeynəmə

Uşaq çeynəməyi necə öyrənir? Uşağa nəinki qaşıqdan və stəkandan istifadə etməyi öyrətmək, onu təzə yeməklərə alışdırmaq, həm də ona yeməyi çeynəməyi də öyrətmək lazımdır. Bunu müəyyən bir plan üzrə öyrətmək lazımdır, çünki bəzi uşaqlar çeynəməyi çətin vərdiş edirlər. Bir çox uşaqlar bütün dişlərinin çıxmasına baxmayaraq, ancaq əzilmiş yeməyi xoşlayırlar. Bəzi uşaqlar məktəb yaşına çatana qədər çeynəmək lazım gələn yeməyi yemirlər, yaxud onu çeynəmədən udurlar. Uşaq yeməyi lazımınca çeynəməsə pis inkişaf edər və dişləri çıxmaz. Uşağa çeynəməyi vaxtında öyrətməklə belə halların qarşısını almaq olar.
Davamı →